Doğru yerdəsən.
Biz sadəcə tədris mərkəzi deyil, texnologiya və innovasiya mərkəziyik.
TechPoint Academy IT və kibertəhlükəsizlik sahəsində praktik biliklərə əsaslanan təlimlər təqdim edən ixtisaslaşmış tədris mərkəzidir. Akademiyamızın əsas məqsədi, tələbələri və mütəxəssisləri real iş mühitinə uyğun bacarıqlarla təmin etmək, onları bu sahədə peşəkar karyeraya hazırlamaqdır.Təlim proqramlarımız beynəlxalq standartlara və sertifikat imtahanlarına uyğun şəkildə hazırlanmışdır. Dərslər yalnız nəzəri biliklərlə məhdudlaşmır, real ssenarilər, laborator mühitlər və praktik tapşırıqlar üzərindən keçirilir. Bu yanaşma tələbələrimizin öyrəndiklərini real iş mühitində rahat şəkildə tətbiq etməsinə imkan yaradır. TechPoint Academy-də tədris təcrübəli, sertifikatlı və sahə üzrə aktiv çalışan mütəxəssislər tərəfindən aparılır. Müəllim heyətimiz kibertəhlükəsizlik və IT sahəsində real iş təcrübəsinə malikdir və tələbələrə yalnız bilik deyil, eyni zamanda düzgün istiqamət və praktiki baxış bucağı qazandırır. Akademiyamız təlim prosesi ilə yanaşı, tələbələrinə mentor dəstəyi, karyera planlaması, CV və LinkedIn optimallaşdırılması kimi xidmətlər də təqdim edir. Məqsədimiz, tələbələrimizin yalnız təlimi bitirməsi deyil, iş həyatına hazır və özünə güvənən mütəxəssis kimi formalaşmasıdır. TechPoint Academy olaraq inanırıq ki, düzgün təlim, davamlı dəstək və praktik yanaşma ilə hər kəs IT və kibertəhlükəsizlik sahəsində uğurlu karyera qura bilər. Biz bu yolun hər mərhələsində tələbələrimizin yanında olmağı əsas dəyərimiz hesab edirik.
Biznesinizin təhlükəsizliyi və rəqəmsal dayanıqlılığı üçün peşəkar həllər.
Korporativ Kibertəhlükəsizlik Maarifləndirmə Proqramı.
Sıfırdan mütəxəssis səviyyəsinə qədər inkişaf yolu.
Şəbəkə və sistem təhlükəsizliyi, SIEM sistemləri, phishing aşkarlanması, incident response və real log analizi üzərində tam praktik təlim.
Penetration testing, web & network hücumları, phishing ssenariləri, zəifliklərin aşkarlanması və exploit metodları ilə praktik hücum yanaşması.
Kompüter yığımı, Windows/Linux, şəbəkə əsasları, istifadəçi problemlərinin həlli və real IT support ssenariləri ilə işə hazır təlim.
Təlimçilərimiz haqqında ətraflı məlumat üçün kursoru şəklin üzərinə gətirin.
- PAŞA SIĞORTA
- İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
- Bank Respublika
- eCTHPv2
- CompTIA Security+
- Certified in Cybersecurity (ISC2)
- Threat Hunter (CyberDefenders)
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
- Certified Red Team Analyst [CRTA]
- eCPPTv2
- eJPTv2
- eWPT
- CEH Practical
- İnnovasiya və Rəqənsal İnkişaf Agentliyi
- Azericard
- Cydeo
Blue Team Level 1 (BTL1)
CCNA
CompTIA Security+
Yeniliklər
Ofisimizə yaxınlaşa və ya sosial şəbəkələrdən yaza bilərsiniz.
Bakı şəh, Əhməd Cəmil 102
(Elmlər Akademiyası m/s yaxınlığı)